Türkiyədə koronavirus daha 18 nəfərin həyatına son qoyub

Türkiyədə koronavirus daha 18 nəfərin həyatına son qoyub

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 825 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 592 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 179 831 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 947 nəfər olmaqla 152 364 nəfər təşkil edir.

Müəllif: Ayna.az      16 İyun 2020 01:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin