“Neftçi” Daboyla bağlı açıqlama yayıb

“Neftçi” Daboyla bağlı açıqlama yayıb

"Neftçi": "Daboya qarşı hüquqi addımlar atılacaq"

 

"Neftçi” futbolçusu Baqali Dabonun "Qarabağ"ın formasında şəkil çəkdirməsi və həyat yoldaşının bunu sosial şəbəkədə paylaşması ilə bağlı açıqlama yayıb.

 

AYNA xəbər verir ki, məlumatda klub rəhbərliyinin fransalı hücumçunun davranışından xəbərdar olduğu və onun qəbuledilməz hərəkətinə görə müvafiq tədbirlər görüləcəyi bildirilib.

 

"Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək", - vurğulanıb.

Müəllif: Ayna.az      15 İyun 2020 22:11
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin