Putin əcnəbilərin Rusiyada qalma müddətini uzadıb

Putin əcnəbilərin Rusiyada qalma müddətini uzadıb

Əcnəbilərə sentyabrın 15-dək möhlət verilib

 

Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada qalmasını tənzimləyən qaydaların müddətini sentyabrın 15-dək uzadıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, Prezident bu barədə fərman imzalayıb.

 

Əvvəlki qərara əsasən, pandemiya dövründə Rusiyada qalma icazəsinin vaxtı ötmüş əcnəbilər martın 15-dən iyunun 15-dək icazənin müddətini uzatmaya bilərdilər. İndi həmin şəxslərə sentyabrın 15-dək möhlət verilib.

 

Müəllif: Ayna.az      15 İyun 2020 19:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin