Ağsunun Xanbulaq kənd sakinləri də susuzluqdan yanır - VİDEO

Ağsunun Xanbulaq kənd sakinləri də susuzluqdan yanır  -         VİDEO

Kəndi içməli su ilə təmin edən bir su anbarı var, o da indi boşdur

 

Havanın temperaturunun artdığı bir vaxtda insanlar içməli suya həsrət qalıb. Böyükdən balacaya, hər kəs əlində qab su axtarışına çıxıb. AYNA “Baku” TV-ə istinadən xəbər verir ki, söhbət Ağsu rayonunun Xanbulaq kəndindən gedir.

 

Kənd sakinləri əvvəllər içməli suya olan tələbatlarını qarşılamaq üçün su maşınlarından istifadə etsələr də, artıq buna imkanları yoxdur. Kəndi içməli su ilə təmin edən bir su anbarı var, o da indi boşdur. Sakinlər isə alternativ su mənbəyi kimi yeni artezian quyusunun qazılmasını istəyirlər. Bununla bağlı rayon rəhbərliyinə də məlumat verilib. Kəndin yaxınlığında 80 metrlik artezian quyusu qazılsa da, oradan da su çıxmayıb.

 

Məsələ ilə bağlı Xanbulaq kəndinin icra nümayəndəsi Asif Mürşüdov bildirib ki, hazırkı vəziyyətdə həftədə bir dəfə olmaqla, kəndə su maşınları gətirilir, sakinlərə pulsuz paylanılır. Problemin köklü həlli üçün isə rəsmi qurumlarla danışıqlar aparılır.

 

Qeyd edək ki, ötən gün də Beyləqanın Baharabad kənd sakinləri su problemi ilə bağlı aksiya keçiriblər. Onlar içməli və təsərrüfat suyuna həsrət qaldıqlarını, aidiyyatı qurumlardan kömək istədiklərini bildiriblər.

Müəllif: Ayna.az      15 İyun 2020 19:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin