Pompeo Rusiyadan Whelanın dərhal azad olunmasını tələb edib

Pompeo Rusiyadan Whelanın dərhal azad olunmasını tələb edib

Pompeo Rusiya hakimiyyət orqanlarının amerikalılara münasibətini “dəhşətli” adlandırıb

 

ABŞ Dövlət katibi Mayk Pompeo öz “Twitter” səhifəsində Rusiyada tutularaq 16 il həbsə məhkum olunmuş amerikalı Pol Whelanın dərhal azad olunmasını tələb edib. AYNA xarici mediaya istinadən bildirir ki, Pompeo Rusiya hakimiyyət orqanlarının amerikalılara münasibətini “dəhşətli” adlandırıb.

 

"Mən Pol Vhelanla bağlı gizli məhkəmə araşdırmasını, naməlum dəlillərdən gizli istifadə edərək, müdafiə şahidlərinin iştirakı olmadan mühakimə edilməsi qərarından hiddətlənirəm”, - Pompeo vurğulayıb

 

Qeyd edək ki, casusluq ittihamı ilə saxlanılan Vhelan Moskva Şəhər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib. İstintaq materiallarında dövlət sirri təşkil edən məlumatlar olduğu üçün məhkəmə prosesi qapalı keçirilib.

 

Xatırladaq ki, 2018-ci il dekabrın 28-də ABŞ vətəndaşı ABŞ Pol Whelan casusluq şübhəsi ilə Moskvada FSB əməkdaşları tərəfindən saxlanılıb. O, ABŞ-a casusluq ittihamı ilə həbs edilib. Rəsmi Moskva konkret ittihamların nədən ibarət olduğunu açıqlamaqdan imtina edib.

Müəllif: Ayna.az      15 İyun 2020 17:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin