Əli Həsənovun nəvəsinin törətdiyi qəza iki il sonra Türkiyə mediasının gündəmindədir - VİDEO

Əli Həsənovun nəvəsinin törətdiyi qəza iki il sonra Türkiyə mediasının gündəmindədir -    VİDEO

"Uşağımın ən böyük xəyalı əlindən tutub parka aparmağımdır"

 

Qəzada xəsarət alan türkiyəli ailə media vasitəsi ilə şikayətlərini bildiriblər. AYNA xəbər verir ki, Türkiyənin "Haber Türk" kanalı bu barədə süjet hazırlayıb. 

 

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki il əvvəl Bakıda törətdiyi qəza nəticəsində xəsarət alan türkiyəli ailə vədlərin yerinə yetirilməməsindən şikayətlənir. Xəsarət alan ailə başçısı Muhterib Tekiş borca düşdüyünü, işi ilə maraqlana bilmədiyindən müflis olduğunu bildirib. Həyat yoldaşı Songül Tekiş yerimə qabiliyyətini itirdiyi üçün övladının qayğısına qala bilmədiyini deyib: "Uşağımın ən böyük xəyalı əlindən tutub parka aparmağımdır". 

 

Ailə bildirib ki, qəzadan sonra şikayətçi olmadıqları təqdirdə onların müayinə və müalicə xərclərinin ödənəcəyi vəd edilsə də, bu vədlərə əməl olunmayıb. Zərərçəkənlər TV vasitəsi ilə Türkiyənin aidiyyəti qurumlarından yardım istəyiblər.

 

 

Müəllif: Ayna.az      24 İyul 2019 20:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin