Minneapolisdə fövqəladə vəziyyət rejimi ləğv edilib

Minneapolisdə fövqəladə vəziyyət rejimi ləğv edilib

Corc Floydun öldürüldüyü şəhərdə fövqəladə vəziyyət ləğv edilib

 

ABŞ-ın Minneapolis şəhərində kütləvi qarışıqlıqlar səbəbindən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ləğv edilib. 

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, qərar şəhər şurası tərəfindən çıxarılıb.

 

Xatırladaq ki, iki həftə əvvəl polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə ölkəni etiraz aksiyaları bürümüş, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilmişdi. Bütün bunlar afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra başlamışdı. Belə ki, ağdərili polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxmışdı. Onlardan biri C.Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlamışdı. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat etmişdi. 

 

Bir müddət sonra etirazlar dinc xarakter almışdı.

Müəllif: Ayna.az      13 İyun 2020 05:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin