Əsas səhifə Haqqımızda Xəbər lenti

Bitməyən savaş və gözəgörünməz "kamikadze": Bizim ölümümüz onun da sonudur

Bitməyən savaş və gözəgörünməz "kamikadze":               Bizim ölümümüz onun da sonudur

Min illərlə adını, görünüşünü, fəsadlarını dəyişə-dəyişə yaşayır, yaşaya-yaşaya öldürür

 

Tarix boyu bəşəriyyət müharibələr, işğallar, yağmalamalarla yanaşı dəhşətli viruslarla da sarsılmışdı. Kütləvi yoluxmalar, şəhərlərin ölüm sükutuna qərq olması, çarəsizlik insanlığı təhdid edirdi. Lakin bunlar nə ilk idi, nə də sondur.

 

2020-ci il. Dünya texnologiyanın, səhiyyənin inkişafının tarixdə ən yüksək səviyyədə olduğu dönəmi yaşamaqdadır. Lakin yer üzünü qəfil bir virus caynağına aldı. Ölkələrarası ticarət, yükdaşımalar dayandırıldı, hava və yerüstü sərhədlər bağlandı, dünyada sənaye kompleksləri işlərini dondurdu, milyonlarla insan işsiz qaldı, həyat iflic oldu. Tibb isə pandemiya qarşısında aciz qalır. Dünyada ilk dəfə insanlar heç nə etmədən, evdə oturmaqla bəşəriyyəti qurtarmağa çalışırlar.

 

Virus latıncadan tərcümədə “zəhər” mənasını verir. Canlı, yaxud yarı-canlı oranizmlərdir ki, daim hərəkətdədir. İnsanlara isə təmasdan, havadan və digər yollarla keçə bilər.

 

Dünya tarixinin bütün dövrlərində milyonlarla insanın ölümü ilə nəticələnən fərqli viruslar yayılıb. Virusların yaranması daha çox Şərq ölkələrində müşahidə olunub ki, Hindistan və Çin bu siyahıda liderlik edir. Lakin öldürücü xəstəliklər Şərqdə yaransa da, daha çox Avropada yayılıb. Araşdırmaçılar bunu iqlimlə də əlaqələndirirlər. Belə ki, soyuq havalar xəstəliklərin hərəkəti və yayılması üçün əlverişli şərait yaradır.

undefined

Viruslar tarixi – ilk “isitmə”

 

Tarixdə bilinən ilk virus “İsitmə”dir. İlk dəfə Misirdə meydana gəlib. Hətta, sonralar Hippokrat da bu xəstəliyin əlamətlərini aşkara çıxarıb və dörd ayrı ünsürdən meydana gəldiyini bildirib. Hippokrata görə, insana güclü isitmə gətirən bu xəstəlik həm də dalaq şişməsinə səbəb olurdu. Xəstəlik daha çox bataqlıq olan ərazilərdə yayılırdı.

 

İtalyan həkim Françisko Torti xəstəliyə italyancada “pis qoxulu hava” mənasına gələn “malyariya” adını verdi. Bu xəstəlik e.ə 460-370-ci illərdə kütləvi surətdə insanları məhv edib. Bu gün də həmin xəstəlik aktivdir. Malyariyaya Birinci Dünya müharibəsindən sonra Rusiyada 5 milyon insan yoluxdu, 60 min insan isə öldü. 1934-cü ildə Seylonda 200 min, 1938-ci ildə Braziliyada 14 min insan bu xəstəliyin qurbanı oldu. 1942-ci ildə Misirdə 14 min, Efiopiyada 15 min insan vəfat etdi. Malyariya 1963-cü ildə Haitidə kütləvi yayılmağa başladı və 75 min insanın ölümünə səbəb oldu.

 

“Afina virusu”

 

Digər öldürücü virus e.ə 430-cu illərdə Yunanıstanda qeydə alınıb. Qısa müddətdə sürətlə yayılıb və Afina əhalisinin 20%-i həlak olub. Ona görə də virusa çox zaman “Afina virusu” da deyirlər.

undefined

Vəba

 

Tibbə ən çox məlum olan digər virus vəbadır. İlk dəfə e.ə V əsrdə Qanq çayı ətrafında yaşayan xırda cəmiyyətlər arasında meydana gəlib. Nə qədər insanın həlak olduğu haqqında dəqiq qeydlər yoxdur.

 

İkinci dəfə bu virusun yayılması eramızın 165-180-ci illərini əhatələyir. Roma əsgərlərinin Şərq səfərlərindən döndükdən sonra ölkələrinə gətirdikləri yeni virusdur. O dövrün təbibləri bunu “Çiçək xəstəliyi” adlandırsalar da, bu, Avropaya gələn ilk vəba idi. Romanın 20 min nəfər sakini vəbadan həlak olub. Hətta, imperator Mark Antonio da bu virusa yoluxub, bir müddət sonra vəfat edib. Ona görə də bu xəstəliyin adı tarixə “Antonio vəbası” olaraq düşüb.

 

“Yustinyan vəbası”

 

Avropa tarixini kökdən dəyişdirən daha böyük epidemiya 541-ci ildə Şərqi Romada (Bizans) meydana gəldi. İmperator Yustinyan taxta yeni çıxdığı dönəmdə ölkədə güclü vəba yayıldı. Xəstəlik o qədər ağır idi ki, sağlam bir insanı bir həftə içərisində öldürürdü. Az sonra bütün ölkə virusa yoluxdu. Pandemiyanın qarşısını almaq üçün paytaxt Konstantinopol şəhərinin giriş-çıxışları bağlandı. Lakin bununla da vəbanın qarşısı alına bilmədi.

 

Xəstəlik siçanlar və böcəklər vasitəsilə yayılmışdı. Ölkə bu virusdan 40% insanını itirdi. Epidemiya Yustinyanın dövründə yayıldığına görə sonrakı dövrlərdə bu vəba avropada “Yustinyan vəbası” adlandırıldı.

undefined

Taun

 

Və nəhayət, bütün virusların ən dəhşətlisi - taun dünyanı öz cənginə aldı. Çinin mərkəzi əyalətlərində gəmiricilərin kütləvi ölümündən meydana gəlib və infeksiya hava vasitəsilə insanlara yoluxub. Buna “qara ölüm” də deyilirdi.

 

Orta əsr Avropanın qaranlıq dövrü üzərinə daha da qaraltı çökdürüb. Bu virusdan, hesablamalara görə, dünyada 24 milyon insan həlak olub. 1346-1353-cü illər arasında Avropa əhalisinin 60%-i bu xəstəliyin qurbanı olub.

undefined

Çiçək xəstəliyi və suçiçəyi

 

Bunlar da Şərqdən Qərbə keçən və kütləvi ölümlərə səbəb olan ayrı-ayrı xəstəliklər idi. Avropa ilə yanaşı, bu xəstəlik Səfəvi və Osmanlı dövlətlərində də yayılmışdı. Lakin Osmanlıda daha geniş yayılmışdı. XVI əsrin 20-ci illərində Misirdən qayıdan Osmanlı əsgərlərinin tərəfindən ölkəyə gətirilmiş və ciddi yoluxmalara səbəb olmuşdu. Hətta, virus sultan sarayına kimi yayılmışdı. Sultan Süleymanın bir neçə körpə övladının da bu xəstəlikdən öldüyü bildirilir.

 

Daha sonra İtaliya və İspaniyaya yayılan xəstəlik, ticarətçilərlə birlikdə Amerika qitəsinə də yol açıb. Amerikanın yerli əhalisi ilk dəfə suçiçəyi xətəliyinin yaratdığı ölümlə üz-üzə qalıblar. Bu, “yeni dünya”da yayılan ilk kütləvi virus hesab olunurdu.

 

XVI əsrdə çiçək xəstəliyi ilə yanaşı taun virusunun ikinci dalğası da yayılmışdı. Hətta, böyük Azərbaycan şairi Məhəmməd Füzuli də bu xəstəlikdən vəfat edib.

undefined

Üçüncü taun dalğası

 

XIX əsrdə Çində meydana gələn və 10 milyon insanın ölümünə səbəb olan bu dəhşətli virus taunun daha bir növü idi. Bu epidemiya dünya əhalisinin 15-20% azalmasına səbəb olub.

 

Kolera epidemiyası

 

150 ildə 6 dəfə müxtəlif illərdə yayılıb və dünyada xeyli sayda insanın məhvinə səbəb olub. İlk dəfə XIX əsrin ortalarında Hindistanda Qanq çayı ətrafında yayılıb. Hindistanlıların bir sıra ayinlərlə yanaşı, ölü yandırıb çaya axıtma kimi adətləri çayı həddindən artıq çirkləndirib ki, bu da kütləvi yoluxucu bakterial xəstəliklərin yayılmasına səbəb olub.

 

Virus quraqlıq ərazilərdə yay aylarında daha çox yayılır. Əsasən insandan-insana keçməklə yayılıb. Vibro kolario bakteriyasının bağırsaqlarda əmələ gətirdiyi ölümcül xəstəlik idi. 1920-ci ildə Tayland, Çin və Yaponiyda kütləvi yayılmağa başlayıb. 1923-cü ildə Ərəbistan, İraq, Suriya, İran və Cənub Qafqazı cənginə alıb. Son dəfə bu virusa yoluxma 1961-ci ildə qeydə alınıb.

undefined

“Rus qripi”

 

1889-cu ildə Rusiyada insanlar arasında kütləvi ölüm halları qeydə alındı. Qızdırma, kəskin göy öskürəklə başlayan, xroniki hal alan bu xəstəlik ancaq Rusiya ərazisini bürüdü. 2 il davam edən bu qrip virusu səbəbindən Rusiya əhalisinin 1 milyon nəfəri həlak oldu.

 

“İspan qripi”

 

XX əsrin dəhşətləri təkcə iki bəşəri müharibə ilə yadda qalmır, həm də məşhur “ispan qripi” ilə xatırlanır. Qrip dünyada 1918-1920-ci illərdə yayıldı. Dünya müharibənin caynağından qurtulub rahat nəfəs alacaqdı ki, bu virus onları haqladı.

 

Xəstəlik müharibənin öldürdüyündən daha çox insan öldürüb. İki ildə 100 milyondan çox insan bu virusa yoluxaraq dünyasını dəyişib.

undefined

Virus ilk dəfə 1918-ci ilin 11 martında Yeni Meksikada qeydə alındı. Həmin ilin sentyabr-oktyabr aylarında pik həddə çatdı. Lakin ilk dəfə İspaniyada təhlil edilib, rəsmi epidemiya kimi qeydə alındığına görə, ona “ispan qrip” deyilir.

 

Virusun ən çox yayıldığı ərazilər olan Amerikada 600 min, Britaniyada 250 min, Hindistanda isə 17 milyon insan həyatını itirib. Hətta, bir çox dövlət adamları da bu qripə yoluxublar ki, onlardan biri də Samsuna yol alan Mustafa Kamal Paşa idi. Bu haqda “Atatürk və tibbiyə” kitabında məlumat verilir.

 

Quş qripi

 

Quşların kəskin infeksiyası xəstəliyidir. Tibb elmində “quş taunu” da adlanır. Alimlərinin qeydlərinə görə, virus qədimdən mövcud olub. Lakin ilk dəfə tibb elmi bu virusu 1880-ci ildə təsbit edib. 1971-ci ildə isə virusa “quş qripi xəstəliyi” adı verildi.

 

Müxtəlif dövrlərdə yayılsa da, pik həddi 2008-ci ildə qeydə alınıb. Virusun vaksini qismən tapılsa da, hər il müxtəlif növləri inkişaf edir.

undefined

Ebola virusu

 

Bu virus ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında, Ebola çayı ətrafında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus yayıldığından bu günə kimi 40 min insan yoluxub, onlardan 8 mini dünyasını dəyişib.

 

Ən çox yayılma dövrü 2014-2015-ci illərdə baş verdi. Virusun əlamətləri yüksək qızdırma, qanın damarlardan xaric olunması, burun, qulaq və gözdən qan gəlməsi, daxili orqanlara qan yığılması ilə müşahidə edilir. Virus hələ də Qərbi Afrika ölkələrində, kütləvi olmasa da, müşahidə olunur.

 

Donuz qripi

 

Hələ də peyvənidi tapılmayan virusdur. İlk dəfə 2008-ci ildə Meksikada bir oğlanın donuz fermasında yoluxduğu xəstəlikdir. İnsana hava, damcı və müxtəlif təmaslardan keçir. Yoluxandan sonra bir neçə saat ərzində özünü göstərə bilər. 2018-ci il statistikasına görə, dünyanın 135 ölkəsində 130 min insan bu virusa yoluxub. Ondarın 700 nəfəri vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, bu qripə yoluxmalar indi də qeydə alınır.

undefined

Və nəhayət – koronavirus

 

COVID-19 adı verilən bu virus 1960-cı ildə kəşf edilsə də, 2002-2003-cü illərdə müxtəlif formaları yaılıb. Lakin 2019-cu ilin dekabr ayında daha öldürücü növü Çinin Vuhan şəhərində meydana çıxıb və kütləvi yayılmağa başlayıb ki, artıq dünyada pandemiyaya çevrilib.

 

Neçə il davam edəcəyi məlum deyil. Hazırda virusun vaksininin tapılması üçün dünyanın nüfuzlu universitetlərində bir sıra təhlillər aparılır. Vaksinin 2020-ci ilin sonlarında hazır olacağı bildirilir.

 

Təəssüf ki, Azərbaycan da COVID-19 pandemiyasından əziyyət çəkən ölkələrdən biri olaraq tarixə düşdü.

 

P.S. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunub. Yəni, bir növ zirehləri var. Virusların xaricdən örtən zülal örtüyü “kapsid” adlanır. Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir. Və ən əsası, viruslar cansız orqanizmdə yaşa bilmir, onların yaşamı insanın yaşamına bağlıdır. İnsan orqanizminə daxil olur və orada bəslənir. Belə deyək: Bizim ölümümüz onun da sonu deməkdir, lakin istəməsə belə, öldürür…

Müəllif: Şəhla Cabbarlı      12 İyun 2020 22:27
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin