Yelena Zelenskaya koronavirusa yoluxub

Yelena Zelenskaya koronavirusa yoluxub

Ukrayna Prezidentinin xanımının test nəticələri müsbət çıxıb

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya koronavirusa yoluxub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zelenskaya öz “İnstagram” profilində paylaşım edib.

 

Prezidentin xanımı bildirib ki, karantinin yumşaldılması COVID-19-un yox olması demək deyil: “Təhlükə keçməyib, hətta çox yaxındadır. Bu gün mənim koronavirus testimin nəticəsi müsbət çıxdı. Gözlənilməz xəbər oldu. Xüsusilə, mən və ailəm bütün qaydalara riayət etməyə davam edirik, maska, əlcəklərdən istifadə edirik, minimum məsafə saxlayırıq”.

 

“Özümü yaxşı hiss edirəm, amma təhlükə yaratmamaq üçün digər ailə üzvlərindən təcrid olunmuş şəkildə ambulator müalicə alıram”, Zelenskaya vurğulayıb.

 

Müəllif: Ayna.az      12 İyun 2020 19:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin