Hindistan, Meksika və Braziliyada koronavirus dəhşəti davam edir

Hindistan, Meksika və Braziliyada koronavirus dəhşəti davam edir

Bu ölkələrdə COVID-19-dan ölənlərin sayı sürətlə artır

 

Hindistan, Meksika və Braziliyada COVID-19 dəhşəti davam edir. AYNA xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin açıqlmasına görə, ölkədə koronavirusa yoluxanların sayı bir gündə 30 min 412 nəfər artaraq 802 min 828 nəfərə çatıb. Bununla yanaşı, son sutka ərzində 1239 nəfər virusun qurbanı olub və ölənlərin sayı 40 min 919-a çatıb.

 

Meksika Səhiyyə Nazirliyinin açıqlmasında isə ölkədə son 24 saat ərzində virusa yoluxanların sayının 4 min 790 nəfər artaraq 133 min 974-ə yüksəldiyi bildirilib. Digər tərəfdən, gün ərzində 587 nəfər virusun qurbanı olub və ümumi ölənlərin sayı 15 min 944-ə qalxıb.

 

Hindistan Səhiyyə Naziliyi də son 24 saatın statistikasını açıqlayıb. Statistikada ölkədə 396 nəfərin öldüyü, 10 min 956 nəfəriə isə COVID-19 diaqnozu qoyulduğu bildirlib.

Müəllif: Ayna.az      12 İyun 2020 12:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin