Yunanıstanda koronavirusa yoluxanların sayı 3 mini ötüb

Yunanıstanda koronavirusa yoluxanların sayı 3 mini ötüb

Yunanıstanda koronavirusa yoluxanların sayı artıb. 

 

Yunanıstanda son sutka ərzində 20 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 3 088-ə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, son sutkada virusdan dünyasını dəyişən olmayıb. Ümumilikdə COVID-19 183 nəfərin ölümünə səbəb olub.

 

Eyni zamanda, 155 nəfər infeksiyadan sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az      12 İyun 2020 05:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin