DYP əməkdaşı görməsə belə, kəmər taxmayanlar cərimələnəcək

DYP əməkdaşı görməsə belə, kəmər taxmayanlar cərimələnəcək

Təhlükəsizlik kamerasına düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib

 

Bundan sonra sürücülər daha diqqətli olmalıdırlar. Çünki təhlükəsizlik kəməri taxmayan sürücülər kameralarla da müəyyən olunacaq.

 

AYNA baku.ws-ə istinadən xəbər verir ki, ötən gün Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib.

 

Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.

Müəllif: Ayna.az      24 İyul 2019 14:22
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin