Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə koronavirusa yoluxanların sayı 173 mini ötüb

Türkiyədə koronavirusa yoluxanların sayı 173 mini ötüb

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

O, qeyd edib ki, bununla COVID-19-dan ölənlərin sayı 4 746 nəfərə çatıb.

 

Son sutka ərzində təhlükəli virusa daha 922 nəfər yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 173 036 nəfərə yüksəlib. 

 

Son gündə koronavirusla bağlı 36 521 test aparılıb. Beləliklə, yeni növ virusla bağlı aparılan teslərin sayı 2 451 700-ə çatıb.

 

Nazir bildirib ki, bu gün 2 241 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 146 839 nəfər təşkil edir.

Müəllif: Ayna.az      10 İyun 2020 21:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin