Əsas səhifə Haqqımızda Xəbər lenti

Avstriya 31 ölkə ilə sərhədlərini açır

Avstriya 31 ölkə ilə sərhədlərini açır

Böyük Britaniya, İsveç, Portuqaliya və İtaliya istisnadır

 

Avstriya iyunun 16-dan etibarən 31 ölkə ilə sərhədlərini açacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Aleksander Şallenberq bildirib.

 

Nazir deyib ki, Böyük Britaniya, İsveç, Portuqaliya və İtaliya istisna olmaqla, bütün Avropa ölkələrinin vətəndaşları iyunun 16-dan etibarən məhdudiyyətsiz şəkildə Avstriya ərazisinə daxil ola biləcəklər. Qeyd edilən dörd ölkənin vətəndaşları isə koronavirus testinə dair arayış təqdim etməli və ya iki həftəlik karantin dövrü keçməlidirlər.

 

“Qeyri-Avropa ölkələri ilə sərhədlər hələlik bağlı qalacaq və iki həftə sonra aparılan dəyərləndirmədə bu məsələyə yenidən baxılacaq. Türkiyə, Serbiya, Bosniya və Herseqovinadan Avstriyaya geri qayıtmaq istəyən şəxslər də vahid Aİ qərarını gözləməli olacaqlar”, - deyə nazir əlavə edib.

 

Müəllif: Ayna.az      10 İyun 2020 17:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin