Əsas səhifə Haqqımızda Xəbər lenti

Akşənərdən Ərdoğana: “Atatürk kompleksindən sıyrıl, rahatlan”

Akşənərdən Ərdoğana: “Atatürk kompleksindən sıyrıl, rahatlan”

“Bəyənmədiyin Atatürk müharibədən çıxmış, dağılmış Türkiyədə Cümhuriyət qurdu”

 

Türkiyənin İYİ Partiyasının lideri Meral Akşənər Prezident Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, Akşənərin sözlərinə görə, Ərdoğan hazırkı idarəçiliyi ilə ölkəni uçuruma aparır.

 

Partiya lideri hesab edir ki, demokratiya olmadan, iqtisadiyyatın güclənməsi mümkün deyil: “Hüquq yoxdursa, Türkiyənin inkişaf etməyəcəyini anlamaq lazımdır. Millətin səsini eşitməsən, xidmət edə bilməzsən. Amma Prezident bunu anlamır”.

 

“Dünən açıqlamanda bildirirsən ki, İstiqlal savaşından sonra Türkiyə inkişaf edə bilmədi. Bu nə deməkdir hörmətli Ərdoğan? Atatürklə hesablaşmaqdan əl çək... Atatürk kompleksindən sıyrıl, rahatlan. Bəyənmədiyin Atatürk müharibədən çıxmış, dağılmış Türkiyədə Cümhuriyət qurdu. 1929-cu ildə dünyadakı böhrana baxmayaraq, fabriklər açdı, banklar quruldu. Və bəyənmədiyin o insan bunların hamısını cəmi 15 ildə bacardı”, - deyə Akşənər vurğulayıb.

Müəllif: Ayna.az      10 İyun 2020 16:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin