Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftin qiyməti yenidən ucuzlaşıb

Neftin qiyməti yenidən ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 41,70 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xarici mediaya istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar geriləyərək 40,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 38,30 dollar təşkil edib.

 

Bazarda Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar ucuzlaşaraq 41,70 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      10 İyun 2020 10:42
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin