Əsas səhifə Haqqımızda Xəbər lenti

Tunisdə daxili uçuşların bərpa ediləcəyi tarix məlum olub

Tunisdə daxili uçuşların bərpa ediləcəyi tarix məlum olub

İlk mərhələdə Tunis - Cerba və Tunis - Tauzar reysləri həyata keçiriləcək

 

Tunisdə koronavirusla əlaqədar dayandırılan daxili uçuşlar iyunun 12-dən bərpa ediləcək.

 

AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat və Logistika Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

Məlumata əsasən, hava əlaqəsinin bərpa edilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə Tunis - Cerba (gündə iki dəfə) və Tunis - Tauzar (həftədə bir dəfə) reysləri həyata keçiriləcək.

 

Bildirilir ki, sərnişinlərin sanitar təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.

 

Qeyd edək ki, Tunisdə yeni növ koronavirusa 1 087 yoluxma halı aşkarlanıb. Onlardan 982 nəfər sağalıb, 49 nəfəri isə vəfat edib.

Müəllif: Ayna.az      10 İyun 2020 08:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin