Xalq artisti məşhur kadrdan danışdı - VİDEO

Xalq artisti məşhur kadrdan danışdı -              VİDEO

"Gülyanaq Məmmədova istədi ki, mən də kadra düşüm, əlimdən telefonu aldı və mən də göründüm"

 

Xalq artistləri Simarə İmanova, Gülyanaq Məmmədova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova və Əməkdar artistlər Ruzə İbişova, Bəsti Sevdiyeva birlikdə "Ay dili-dili, Dilavər" mahnısını ifa ediblər. Video sosial şəbəkələrdə cəmiyyətin xüsusi marağına və sevgisinə səbəb olub.

 

İstedadlı və peşəkar xanəndələrin səmimi görüntüləri və möhtəşəm ifaları hamının ürəyinə tez bir zamanda yol tapıb. AYNA xəbər verir ki, video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Muğam kafedrasının müəllim heyətinin Xızıya səfəri zamanı çəkilib. 

 

Xalq artisti Səkinə İsmayılova AYNA-nın əməkdaşına verdiyi açıqlamada videonun ərsəyə gəlmə prosesini belə şərh edib: "Bu videonun çəkilməsi bizim Muğam kafedrasının Xızıya səfəri zamanı mənim ideyamla oldu. Əvvəlcə, maşında həmkarlarımı çəkdim. Onlar birlikdə "Xızı dağları"nı ifa etdilər. Sonra çay süfrəsində mənim seçdiyim xalq mahnısını ifa etdik. Sonda Gülyanaq Məmmədova istədi ki, mən də kadra düşüm. Əlimdən telefonu aldı və mən də göründüm".

 

Sözügedən videonu təqdim edirik:

Müəllif: Ayna.az      24 İyul 2019 09:20
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin