Əsas səhifə Haqqımızda Xəbər lenti

Makqreqor karyerasını bitirdiyini açıqlayıb

Makqreqor karyerasını bitirdiyini açıqlayıb

“Gözəl xatirələr üçün hər kəsə təşəkkür edirəm!"

 

Qaydasız döyüş üzrə məşhur irlandiyalı idmançı Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, idmançı bu barədə özünün “Twitter” hesabında məlumat verib.

 

“Salam uşaqlar. Mən döyüşü tərk etmək qərarına gəldim. Gözəl xatirələr üçün hər kəsə təşəkkür edirəm!", Makqreqor qeyd edib.

 

Bununla yanaşı idmançı çempion olduğu döyüşlərdən birində anası Marqaret ilə birgə çəkilmiş fotosunu “xəyal etdiyin evi seç Maq, mən səni sevirəm! İstədiyin hər şey səninindir”, başlığı ilə paylaşıb.

 

Qeyd edək ki, idmançı əvvəllər də, 2016 və 2019-cu illərdə karyerasını başa vurduğunu elan edib. Amma sözünü tutmayaraq yenidən peşəkar döyüşə qayıdıb.

 

Makqreqor iki çəki dərəcəsində UFC çempionu olub. Ümumilikdə, MMA-dakı karyerası ərzində 26 döyüş keçirib, bunların 22-si qələbə, 4-ü məğlubiyyətlə başa çatıb. Sonuncu dəfə irlandiyalı yanvarda döyüşüb. Bu döyüşdə amerikalı Donald Kerronu 40 saniyə ərzində nokaut edib.

Müəllif: Ayna.az      7 İyun 2020 12:06
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin