Daha 144 azərbaycanlı Bakıya gətirilib - FOTOLAR

Daha 144 azərbaycanlı Bakıya gətirilib -    FOTOLAR

Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib

 

Bu gün "Azərbaycan Hava Yolları" QSC  (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

 

Bu barədə AYNA-ya AZAL-dan bildirilib.

 

Məlumata görə, həmin reyslə 144 nəfər ölkə vətəndaşı Vətənə qaytarılıb. Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

 

Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.




Müəllif: Ayna.az      5 İyun 2020 20:43
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin