Kimə bəla, kimə sərvət, kimə mırt...

Kimə bəla, kimə sərvət, kimə mırt...

Gəlin, “Facebook”u ciddi müzakirə platformasına çevirmək üçün bu 2 sutkadan istifadə edək

 

2011-ci ildə Eric Yuan adlı bir nəfər San-Xose şəhərində “Zoom Video Communications” adlı şirkət qurdu. 2017-ci ildə şirkətin bazar dəyəri ilk dəfə 1 mlrd. dollara çatdı, bu günə isə şirkərin bazar dəyəri 50 mlrd. dolları keçib.

 

Pandemiya zamanı şirkətin səhmləri 480% yüksəlib, qurucusu olan Eric Yuanın sərvəti 10,7 mlrd. dollar təşkil edir. Halbuki, bu şəxs şirkəti cəmi 10 mln. dollarla qurmuşdu.

 

Xalqın uşaqları azad ölkələrdə şirkət qurur, platforma yaradır ki, insanlar öz fikirlərini bölüşsünlər. Bununla böyük sərvət qazanırlar, bizimkilər isə azad olmayan ölkədə zoom-a girib ağıllı fikirlər, tezislər yaymaqdansa səy-səy danışıb, onu-bunu söyürlər.

 

Xalqın uşaqları ilkin dəyəri cəmi bir neçə min dollar olan “Facebook” yaradıb, sonra onun dəyərini 230 mlrd. dollara çatdırdılar, azad olmayan ölkələrin sakinləri üçün keyfiyyətli platforma yaratdılar, bizimkilər isə “Facebook”a girib oxumadan şərh yazırlar, izləmədən söyüş söyürlər, maraqlı fikir yazanda müzakirə etmirlər, amma “lyuboy” mırt həmən gündəm olur.

 

Ay millət, 48 saat evdə oturacağıq, gəlin “Facebook”u ciddi müzakirə platformasına çevirmək üçün bu 2 sutkadan istifadə edək. Kiminsə "tırkasına" deyil də, öz dünya görüşümüzə, maraqlı elmi araşdırmalara istinadən yazılar yazaq, müzakirələr açaq, bir-birimizə hörmətlə yanaşaq, təhqirləri, söyüşləri yığışdıraq. Necədir?!

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert      5 İyun 2020 19:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin