“Sürət Hüseynov dar ağacı qurmuşdu ki, onları assın” – Qiyam müzakirəsi

“Sürət Hüseynov dar ağacı qurmuşdu ki, onları assın” –     Qiyam müzakirəsi

Siyavuş Novruzov: “Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi”

 

Əli Hüseynli: “O zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib”

 

Milli Məclisin bu gün keçirilən iclasında 1993-cü ilin 4 iyun qiyamı gündəmə gətirilib. AYNA xəbər verir ki, hakim Yeni Azərbaycan partiyasından olan deputat Siyavuş Novruzov qiyamdan danışıb.

 

O qeyd edib ki, vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar: “Həmin vaxt hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar. Elə bilirlər ki, bu hadisələr yaddan çıxıb”.

“Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri assın. Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi. Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırdılar”, Novruzov qeyd edib.

Birinci vitse-spiker Əli Hüseynli isə deyib ki, son günlər 1993-cü ilin 4 iyun hadisələri ilə bağlı fərqli fikirlər var: “Həmin vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik. O zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib. Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Siyavuş bəy tamamilə düzgün söylədi ki, o zamankı hakimiyyətdə olan 17 nəfərin etdiyi tarixi həqiqət ondan ibarətdir ki, qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib. Ən əsası isə vətəndaş qarşıdurması yaranıb".

Müəllif: Ayna.az      5 İyun 2020 12:13
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin