Əsas səhifə Haqqımızda Xəbər lenti

Bu həftə keçiriləcəyi planlanan imtahanların vaxtı dəyişdi

Bu həftə keçiriləcəyi planlanan imtahanların vaxtı dəyişdi

Yenidən buraxılış vərəqəsi çap etməyə ehtiyac yoxdur

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

 

Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcəkdi. DİM-dən AYNA-ya verilən xəbərə görə, iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10-da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

 

“İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır. “İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 6 və 7-də buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmuşdu.

Müəllif: Ayna.az      4 İyun 2020 14:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin