Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bəzi meteohəssas insanlarda narahatlıq yarana bilər

 

İyunun 5-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  45-50 faiz təşkil edəcək.  

 

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  17-22 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 5-6-da Abşeron yarımadasında  arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az      4 İyun 2020 13:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin