Əsas səhifə Haqqımızda Xəbər lenti

DİM rezidenturaya hazırlaşanlara müraciət edib

DİM rezidenturaya hazırlaşanlara müraciət edib

Sınaq imtahanının test tapşırıqları tam yenidir

 

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının ikici mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib. DİM-dən AYNA-ya verilən xəbərə görə, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb.

 

İmtahana buradan yazıla bilərsiniz. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

 

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

Müəllif: Ayna.az      4 İyun 2020 13:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin