Əsas səhifə Haqqımızda Xəbər lenti

Polis Zaqatalada əməliyyat keçirib - FOTO

Polis Zaqatalada əməliyyat keçirib -       FOTO

2,6 ton çətənə kolu məhv edildi

 

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək, məhvi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Bununla bağlı AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 640 kiloqram olan 5 min 348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      4 İyun 2020 12:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin