“Guya, mənim silahımla adam öldürülüb” – DEPUTAT

“Guya, mənim silahımla adam öldürülüb” –           DEPUTAT

Sosial şəbəkələr yenidən Milli Məclisin gündəminə qayıdıb, bəzi deputatlar sərt cəzalar tələb edirlər

 

Milli Məclisin iyunun 2-də keçirilən iclasında sosial şəbəkələr, şəbəkələrdə təhqirlər məsələsi gündəmə gətirilib. Bununla bağlı Milli Məclisin deputatları öz fikirlərini bildirib və bu yöndə ciddi addımların atılmasından danışıblar. Məsələn, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, sosial şəbəkələr söz azadlığı, demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla, cəmiyyətin əxlaqını pozmaqla məşğuldur.

 

Fikirlərini AYNA-ya açıqlamasında genişləndirən T.Rzayev bildirib ki, insan hər bir deyilən söz, söylənilən fikir, yayılan məlumat, göstərilən fakt üçün məsuliyyət daşımalıdır: “Bu gün Azərbaycanda azad sözə, azad mətbuata imkanlar yaradılıb. Azərbaycan demokratik ölkədir. Lakin bunun üçün istər jurnalist, istər məmur, istərsə də vətəndaş olsun - hər biri dediklərinə görə məsuliyyət daşımalıdır, məsuliyyət hiss etməlidir. Çox təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə elə təzadlı məlumatlar yayılır ki, bunlar ailələrin dağılmasına səbəb olur, insanların psixologiyasının korlanmasına, düşmənçiliyə gətirib çıxarır. Digər tərəfdən, elə məlumatlar var ki, bunlar terrorçuluq, zorakılıq və qəddarlığın təbliğinə xidmət edir. “Facebook”da yalanı, böhtanı təbliğ edib qarşıdurmalara, terrora, separatizmə çağırışlar edilir. Onların da yalnız bir məqsədi var - xaricdəki havadarlarına arxalanmaqla maliyyə vəsaitləri əldə etmək. Ya da vətəndaşları qorxutmaqla, şantaj etməklə pul qazanmaq istəyirlər. Yüz minlərlə insan onların bu hərəkətlərindən əziyyət çəkir, psixoloji sarsıntı keçirir”.

 

Deputat hesab edir ki, sosial şəbəkələr bəzən söz azadlığı, demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıdır, cəmiyyətin əxlaqını pozur: “Əlbəttə ki, bütün bunlar yolverilən deyil. Azərbaycan cəmiyyətində isə bu, heç mümkün deyil, bizim öz milli-mənəvi dəyərlərimiz var. Bunlara yad olaraq insanların həyatına təcavüz etmək, insanın ailəsi, həyatı haqqında xoşagəlməz böhtan, şantaj xarakterli məlumat yaymaq və bunları geniş şəbəkələrdə təbliğ etmək yolverilməzdir. Ola bilsin ki, hansısa bir dövlətdə buna o qədər də əhəmiyyət verilməsin, ancaq indiki dövrdə ABŞ kimi bir dövlətin Prezidenti artıq sosial şəbəkələrdən, bu məlumatlardan təngə gəldiyini dilə gətirir. Bunların dəqiqləşdirilməsini, təkmilləşdirilməsini, bu sahədə müəyyən tədbirlərin görülməsini tələb edir. Bizim ökə rəhbərimiz, cənab Prezidentimiz də dəfələrlə bu barədə danışıb. O bildirib ki, insanları təhqir etmək olmaz, şantaja, böhtana yol vermək olmaz. Lakin bu hallar bir neçə ildir, bizdə də davam edir.  Mən bir vətəndaş kimi, millət vəkili kimi təəssüf edirəm ki, bu hallara müəyyən qaydada inanan insanlar da olur. Elə faktlar yayırlar ki, onun heç bir əsası olmur”.

Müəllif: Ülviyyə Şahin      4 İyun 2020 21:13
Cəmiyyət bölməsinə aid digər xəbərlər
5 Avqust
23:11
“Ağ Rusiya. Vətənsiz xalq” – Məşhur bakılıdan unikal kitab
5 Avqust
21:11
“Paşinyanla danışmağa dəyməz, hərbi təzyiqi artırmalıyıq”
5 Avqust
18:38
Çimərlik oyunları: Vətəndaşlar dəniz uğrunda "döyüşə" dəvət olunur
5 Avqust
16:11
Azərbaycanda koronavirusa daha 193 nəfər yoluxub
5 Avqust
14:24
“Pandemiyadan siyasi məqsədlər üçün istifadə edirlər”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin