Göyçayda kişi özünü körpüdən çaya atıb

Göyçayda kişi özünü körpüdən çaya atıb

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib

 

Göyçay rayonunda intihar hadisəsi baş verib. AYNA Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Alıkənd kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu özünü körpüdən çaya atıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, E.Məmmədov ailəlidir, iki övladı var. Onun uzun müddət Rusiyada yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      4 İyun 2020 11:02
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin