Azərbaycanda yenidən zəlzələ olub

Azərbaycanda yenidən zəlzələ olub

Yeraltı təkanlar yerli vaxtla saat 22:09-da qeydə alınıb

 

İyunun 3-də Cəlilabad stansiyasından 33 kilometr şimal-qərbdə Biləsuvar rayonu ərazisində zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:09-da qeydə alınıb.

 

Zəlzələ hiss olunmayıb.

 

Qeyd edək ki, bu gün Qax rayonu ərazisində də zəlzələ olub.

Müəllif: Ayna.az      4 İyun 2020 00:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin