"Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər"

"Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər"

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirir 

 

“Karantin rejiminin tətbiqi də, yumşaldılması da zərurətdən doğub. Məhdudlaşdırmaya yenidən getmək də situasiyadan irəli gəlir”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

“Məhdudlaşdırmanı heç kim istəmir. Əgər qaydalara əməl etməsək, bu, çox ciddi iqtisadi problemlərə apara bilər. Bizim belə bir problemimiz yoxdur. Ərzaqla bağlı problem yoxdur. Amma vətəndaşlar həftəsonları üçün öz ərzaq azuqələrini əvvəlcədən ala bilərlər”, - İ.Məmmədov bildirib.

Müəllif: Ayna.az      3 İyun 2020 20:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin