Pul əl çirki olmasa da, iki bəlanın mənbəyidir: "Dövriyyədən yığışdırılsın"

Pul əl çirki olmasa da, iki bəlanın mənbəyidir:   "Dövriyyədən yığışdırılsın"

“Hökumət təcili olaraq nağd ödənişləri dayandırmalı və dövriyyədən nağd pulları çıxarmalıdır”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsginaslar vasitəsilə virusa yoluxma riskinin artmasına dair elmi dəlil olmadığını bəyan etməsinə baxmayaraq, rahatlanmağa dəyməz, çünki eyni zamanda nağd pulun infeksiya riski daşımadığı barədə də heç bir dəlil yoxdur. Nağd pulların, adətən hansısa infeksion xəstəliyin yayılmasının səbəbi olması barədə çox eşitmişik. Həkimlərin dediyinə görə, əsginaslar üzərində çox rahat şəkildə vərəm, pnevmoniyanın patogenləri, tonzillit, hepatit, bağırsaq infeksiyası, dəri xəstəlikləri, meningit, ebola, sifilis, gonoreya və Stafilokokku yaşaya bilər. Nəzər alsaq ki, koronavirusun kağız üzərində bir neçə saat qalması faktı həkimlər tətəfindən təsdiqlənib, deməli koronavirus üçün də əsginas üzərində yer var.

 

Koronavirus pandemiyası bütün dünyada nağd puldan imtina edilməsinin tərəfdarı olanlar üçün vacib bir arqumentdir. Dünyada nağdsız ödənişlərin artması ilə bağlı deyilənlərə baxmayaraq, Azərbaycanda "Qlobal Findex" hesabatına görə, əhalinin yalnız 29%-nin bank hesabları var. Bu barədə iqtisad elmləri doktoru, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədri Qubad İbadoğlu “Facebook” hesabında məlumat verib. Onun sözlərinə görə, ölkəmiz bu göstəricidə Cənubi Qafqaz üzrə qonşularından da geri qalır. Belə ki, Ermənistanda bu göstərici 48%, Gürcüstanda 61% təşkil edir.

Müəllif: Tanya Samsonova      10 İyun 2020 22:11
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
7 İyul
22:58
Oyun içində oyun: “Pokeri masada görsəniz, təəccüblənməyin”
7 İyul
20:38
QHT-lərin pandemiyada icazə problemi: Layihələri necə icra etsinlər?
7 İyul
19:07
Azərbaycanda daha 537 nəfər yoluxub
7 İyul
16:58
Baş Nazirdən təhsillə bağlı QƏRAR
7 İyul
15:55
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin