Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident məktəb tikintisinə iki milyon manat ayırıb

Prezident məktəb tikintisinə iki milyon manat ayırıb

Tərtər rayonunun Xoruzlu kəndində yeni məktəb binası inşa olunacaq

 

Prezident İlham Əliyev Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə AYNA Prezidentin rəsmi saytına istinadən məlumat verir.

 

Sərəncama əsasən, Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Müəllif: Ayna.az      3 İyun 2020 16:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin