Moskvada COVID-19 qurbanlarının sayı artıb

Moskvada COVID-19 qurbanlarının sayı artıb

Moskvada pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatıb

 

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 61 pasiyent koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

 

"Moskvada 61 pasiyent vəfat etdi. Onların hamısına pnevmaniya diaqnozu qoyulmuşdu və koronavirus infeksiyası testləri müsbət nəticə vermişdi", - deyə xəbərdə bildirilir.

 

Qeyd edilir ki, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatıb.

Müəllif: Ayna.az      3 İyun 2020 04:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin