Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni sərəncam imzalanıb

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni sərəncam imzalanıb

Nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib

 

Baş Nazir Əli Əsədov “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. AYNA Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilib.

 

Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 iş günü ərzində Daxili İşlər Nazirliyinə təqdim etməlidirlər.

 

Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə iki dəfə hesabat dövrü başa çatdıqdan sonrakı bir ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müəllif: Ayna.az      2 İyun 2020 19:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin