Rusiyada koronavirusa yoluxanların sayı 424 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 424 minə çatır

Son bir gündə 84 bölgə üzrə 8 min 863 yeni koronavirusa yoluxma qeydə alınıb

 

Rusiyada son bir gündə 84 bölgə üzrə 8 min 863 yeni koronavirusa yoluxma qeydə alınıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə infeksiyanın yayılmasına nəzarət edən Əməliyyatı Qərargahı məlumat yayıb.

 

Bildirilir ki, virusa yoluxanlardan 11 min 108 nəfəri sağalıb, 182 nəfər vəfat edib. Yoluxmaların sayında ən çox artım Moskva, Sankt-Peterburq şəhərlərində, Moskva, Nijni Novqorod, Sverdlovsk, Rostov vilayətlərində, İrkutsk və Krasnoyarsk bölgələrində qeydə alınıb.

 

Qeyd edək ki, Rusiyada pandemiya dövründə ümumilikdə 423 min 741 koronavirusa yoluxma olub. 186 min 985 nəfər müalicə edilərək sağalıb, 5037 nəfər ölüb.

 

Müəllif: Ayna.az      2 İyun 2020 19:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin