Ağ-qara iğtişaş

 Ağ-qara iğtişaş

Tramp “təqsirkar” axtarır

 

ABŞ-ın başı koronavirus pandemiyasından açılmamış ölkədə qarşıdurma başladı. Belə ki, ötən günlərdə Minnesota ştatının Minneapolis şəhərində ağdərili polis Derek Çauvinin qaradərili vətəndaş Corc Floydu  zorakılıqla qətlə yetirməsi yeni iğtişaşların təməlini qoydu və amerikalılar etiraz əlaməti olaraq ayağa qalxdılar. Hadisələr etirazçıların şəhərləri dağıtması, yandırması ilə inkişaf edib Ağ Evə qədər irəlilədi. Tramp isə hadisələrin gərginləşəcəyi təqdirdə şəhərə ordu yeridiləcəyini elan etdi və Pentaqona “hazır ol” əmrini verdi.

 

Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, bütün bu proseslər Tramp Administrasiyasının siyasətinin nəticəsidir: “İş orasındadır ki, Amerika Birləşmiş Ştatları son illər ərzində həm daxildə, həm də xaricdə aqressiv siyasət həyata keçirir. Xaricdə müxtəlif bölgələrdə, xüsusən də İranla gərginlik, daxildə isə “vəhşi kapitalizm” siyasətinin getdikcə təşəkkül tapması buna nümunədir. Tramp kapitalizmin, iri biznesin maraqlarını güdən adamdır. Xüsusilə də xarici siyasətdə iri biznesin maraqları daha çox güdülür. Məsələn, Çinlə, Avropa ölkələri ilə münasibətlərdə proteksionizm siyasətinə daha çox təkan verilir və yerli zəngin insanların maraqlarına üstünlük verilirdi”.

 

“Amma pandemiya yayılmağa başlayandan sonra oyun qaydaları dəyişdi və Tramp oyun qaydalarının dəyişməsinə hazır deyildi. Hətta, Tramp dəfələrlə pandemiyanın ciddi problem olmadığını bildirirək, biznesi, işgüzar fəallığı qoruyub saxlamağın daha vacib olduğunu vurğulayırdı. Buna görə də Trampı tədbir görmədiyi üçün tənqid edirdilər. Təbii ki, indi hər şey göz qabağındadır və nəticə Amerikanın əleyhinədir. Hətta, Nyu-Yorkun Demokratlar Partiyasından olan qubernatoru da Trampı sərt tədbirlər görmədiyi və gecikdiyi üçün tənqid edirdi ki, nəticədə aralarında müəyyən problemlər yarandı”, - siyasi şərhçi deyib.

Müəllif: Mərahim Nəsib      3 İyun 2020 14:32
Siyasət bölməsinə aid digər xəbərlər
11 İyul
22:06
“Kürəkçay” müqaviləsi – Sonun başlanğıcı
11 İyul
17:57
“Azərbaycanın İsraildə səfirlik açmasının vaxtıdır”
11 İyul
16:42
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11 İyul
14:35
Hökumət bir də payızda oyanacaq ki...
11 İyul
10:31
Biz həkimə necə və niyə inanaq – 20 manatlıq xəcalət
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin