Data məlumatlarını düzəltdirənlərə 190 manat yardım veriləcək? – RƏSMİ CAVAB

Data məlumatlarını düzəltdirənlərə 190 manat yardım veriləcək? –       RƏSMİ CAVAB

Fazil Talıbov: “İnsanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib”

 

“İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur”. AYNA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

 

O bildirib ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir.

 

“İnsanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk. Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”, deyə nazirlik rəsmisi bildirib.

Müəllif: Ayna.az      2 İyun 2020 12:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin