İtaliya A Seriyasında qalan bölümün təqvimi açıqlanıb

İtaliya A Seriyasında qalan bölümün təqvimi açıqlanıb

XXVII turun oyunları 22 - 24 iyunda keçiriləcək

 

İtaliya A Seriyasında mövsümün qalan hissəsinin təqvimi dərc olunub.

 

AYNA-nın çempionatın rəsmi saytına istinadən verdiyi məlumata görə, 20-21 iyunda XXV turdan təxirə salınmış qarşılaşmalar oynanılacaq. Bu, bütün klubların bərabər sayda - hərəyə 26 görüş keçirmələri üçündür.

 

20 iyun

20:30. "Torino" - "Parma"

22:45. "Verona" - "Kalyari"

 

21 iyun

20:30. "Atalanta" - "Sassuolo"

22:45. "İnter" - "Sampdoriya"

 

XXVII turun oyunları 22 - 24 iyunda keçiriləcək. Çempionata avqustun 2-də yekun vurulacaq.

 

Qeyd edək ki, A Seriyası martın 9-dan sonra koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.

Müəllif: Ayna.az      2 İyun 2020 03:42
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin