Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verilib

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verilib

Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq

 

Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

 

AYNA xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.

 

Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

Müəllif: Ayna.az      1 İyun 2020 21:14
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin