Prezident Milli Məclislə bağlı dəyişikliyi təsdiqləyib

Prezident Milli Məclislə bağlı dəyişikliyi təsdiqləyib

Bundan sonra Prezident Milli Məclisin iclasına gələndə Dövlət himni oxunacaq

 

Azərbaycan Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycanın dövlət himni ifa ediləcək. AYNA xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

“Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Azərbaycanın Dövlət Himni hər səhər Azərbaycanın televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif edilib.

 

Qeyd edək ki, hər üç qanuna "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrası ilə əlaqədar dəyişiklik təklif edilir.

Müəllif: Ayna.az      1 İyun 2020 17:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin