Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Teledərslərin sabaha olan cədvəli açıqlanıb

“Dərs vaxtı” “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanır

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın iyunun 2-nə olan cədvəli açıqlanıb.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:00-da VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:50-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:20-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:55-də II sinif - Riyaziyyat, Təsviri incəsənət; 13:35-də I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət dərsləri; 14:00-da – Məktəbdənkənar fəaliyyət; 14:15-də Futbol dərsi olacaq.

 

Rus bölməsi üçün sabah saat 14:20-də I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:45-də VII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:30-da IX sinif - Rus dili, Riyaziyyat, Fizika; 16:10-da X sinif – Kimya, Riyaziyyat, Coğrafiya dərsləri keçiriləcək.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      1 İyun 2020 17:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin