“Bizdə Paşinyan və ya Zelenski yoxdur” – Belarus lideri

“Bizdə Paşinyan və ya Zelenski yoxdur” –     Belarus lideri

Lukaşenko: “Bizdə vəziyyət Ermənistandakı kimi, Ukraynadakı kimi deyil”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki vəziyyəti Ermənistan və Ukraynadakı inqilabi hadisələrlə müqayisə etməməyə çağırıb. AYNA Belarus mətbuatına istinadən bildirir ki, Lukaşenko deyib ki, ölkədə durum Ermənistan və Ukraynadakı kimi deyil.

 

"Bu yaxınlarda qonşu ölkələrdə qəzetlər yazdı ki, Belarusda yeni Paşinyan (Ermənistanın Baş Naziri - red), yeni Zelenski var (Ukrayna Prezidenti - red). Amma bu səhv yanaşmadır. Çünki, bizdə vəziyyət Ermənistandakı kimi, Ukraynadakı kimi deyil. Ona görə də, bizdə Paşinyan və ya Zelenski yoxdur”, - deyə Belarus lideri söyləyib.

 

Lukaşenko qeyd edib ki, bəzi belaruslar var ki, hakimiyyət və xalq tərəfindən ölkədə yaradılan hər şeyi bir qəpiyə satmaq istəyirlər: “Buna yol vermək olmaz. Bir daha vurğulayıram ki, Belarusda sabit vəziyyətin dəyişməsinə heç vaxt imkan verməyəcəyik ".

 

Lukaşenko qeyd edib ki, heç bir vətəndaşa qanuna uyğun olaraq öz fikirlərini açıq bildirmələrinə mane olunmur: “Ölkədə söz azadlığı var. Şəhərlərimizdə, hər yerdə insanların fikrini ifadə etməsinə, müzakirələr aparmasına imkan var. Bizim işimiz vətəndaşlara nəzarətdir ki, onlar qanundan kənara çıxmasınlar”.

 

Qeyd edək ki, ötən həftə Belarusun müxtəlif şəhərlərində prezidentliyə alternativ namizədlərə imza toplama kampaniyasına maneə yaradıldığına etiraz olaraq piketlər keçirilib. Mitinqlərin bir çoxu insidentlə başa çatıb. Mayın 31-də Belarus müxalifətinin lideri Nikolay Statkeviç Minskdə həbs edilib. Bir gün əvvəl isə tanınmış bloqqer Sergey Tixanovski Qrodno şəhərində polis işçilərinin hücumuna məruz qalıb.

 

Qeyd edək ki, Belarusda avqustun 9-da seçkilərdir. Hazırkı Prezident Lukaşenko seçkilərin ədalətli və azad şəkildə seçiləcəyini bəyan edib.

Müəllif: Ayna.az      1 İyun 2020 14:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin