“Maska tax, cərimə olunma”

“Maska tax, cərimə olunma”

Siyavuş Novruzov: “Yəni məsələnin həlli 2 vur 2-dir”

 

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Qeyd edək ki, dəyişiklik pandemiya müddətində tibbi maska taxmayanların cərimələnməsi ilə bağlıdır.

 

AYNA xəbər verir ki, müzakirə zamanı deputat Siyavuş Novruzov deyib ki, maska taxanlar cərimələnməyəcəklər. Millət vəkilinin sözlərinə görə, söhbət təkcə cərimənin miqdarından getmir: “Söhbət ondan gedir ki, insanlar qanuna tabe olmalı və ona riayət etməlidirlər. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur, belə deyil. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq”.

 

“Məsələ çox sadədir, maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”, - deyə S.Novruzov qeyd edib.

Müəllif: Ayna.az      1 İyun 2020 14:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin