ABŞ-da bir nəfər yük maşını ilə etirazçılara hücum edib

ABŞ-da bir nəfər yük maşını ilə etirazçılara hücum edib

Etirazçılar tankeri daşlayaraq sürücünü dayandırıblar

 

ABŞ-ın Minneapolis şəhərində Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq başlayan aksiyalar davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, aksiya zamanı bir nəfər idarə etdiyi tankeri etirazçıların üstünə sürüb.

 

Hadisə nəticəsində ölən və yaralananlar olmasa da, etirazçılar tankeri daşlayaraq sürücünü dayandırıblar və onu linç etmək istəyərkən hadisə yerinə gələn polislər buna mane olub və sürücünü izdihamdan xilas ediblər.

 

Minnesota ştatının İctimai Təhlükəsizlik İdarəsinin “Twitter”də verdiyi açıqlamada sürücünün həbs olunduğu bildirilib.

Müəllif: Ayna.az      1 İyun 2020 14:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin