Rusiyada COVID-19-a yoluxanların sayı yarım milyona yaxınlaşır

Rusiyada COVID-19-a yoluxanların sayı yarım milyona yaxınlaşır

Pandemiyanın ən çox yayıldığı paytaxt Moskvadır

 

Rusiyada son 24 saat ərzində 9035 nəfər koronavirusa yoluxub. Bununla da COVID-19-a yoluxanların sayı 414 min 878 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb.

 

Məlumata görə, son sutka ərzində ölkədə ölənlərin sayı 162 nəfər artaraq 4 min 855-ə, sağalanların sayı isə 3 min 994 nəfər artaraq 175 min 877-ə çatıb.

 

Ölkədə pandemiyanın ən çox yayıldığı paytaxt Moskvada gün ərzində 2 min 297 nəfər virusa yoluxub və yoluxma sayı 183 min 88 nəfərə çatıb. Ölənlərin sayı isə 76 nəfər artaraq 2 min 553-ə yüksəlib.

Müəllif: Ayna.az      1 İyun 2020 13:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin