Spiker deputatlara səsləndi: “30 ildir niyə bu məsələni qaldırmırdınız?”

Spiker deputatlara səsləndi: “30 ildir niyə bu məsələni qaldırmırdınız?”

Sahibə Qafarova: “İndiyə qədər bu məsələlər addım-addım həll edilsəydi, təkliflər səsləndirilsəydi…”

 

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi üçün 1 saat vaxt ayrılması istənilib. AYNA xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə ilk öncə Spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

 

A.Mirzəzadə deyib ki, Milli Məclis sədrinin gündəlikdən əvvəl cari məsələyə yazılan bütün deputatlara söz verməsi parlament tarixində bir ilkdir: “Təklif edirəm ki, deputatlara verilən 10 dəqiqəlik vaxtı 5 dəqiqəyə endirək. Beləliklə də, hər kəsin danışmaq imkanı olsun”.

 

Spiker isə deputata cavabında deyib ki, cari məsələlərə ayrılan vaxtı 1 saat edə bilməyəcək: “İmkan olanda deputatlara danışmaq üçün vaxt verirəm. Bu gün gündəlikdə bir məsələ olduğu üçün mən çıxışa yazılan hər kəsə bu imkanı verirəm. Deputatların 10 dəqiqəlik çıxışlarını lazım olanda 5 dəqiqəyə endiririk”.

 

“Ötən dəfə də bu məsələyə reaksiya verəndə dedim ki, 30 ildir niyə bu məsələni qaldırmırdınız? Bunu media da yazdı. Doğrudan da mənə qəribədir ki, indiyə qədər bu məsələlər addım-addım həll edilsəydi, təkliflər səsləndirilsəydi, mən də bu gün hansısa qərarlara gələ bilərdim”, - deyə Spiker sonda qeyd edib.

Müəllif: Ayna.az      1 İyun 2020 12:33
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin