Gömrükdə qanunsuzluğun üstü açılıb

Gömrükdə qanunsuzluğun üstü açılıb

Gizli şəkildə ölkəyə keçirilmək istənilən etiketlər aşkar edilib

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda, Gürcüstandan idarə etdiyi "Daf XF 105 460" markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

 

Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib. Bu mallar üzərində "R.Ş.A" yazılan 4 rulon, üzərində "R.Ş.A Collection" yazılan 98000 ədəd, üzərində "Öznur" yazılan 1100 ədəd, üzərində "İpek Home Collection" yazılan 3500 ədəd etiketdən ibarət olub.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      1 İyun 2020 11:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin