Məleykə Abbaszadədən xəbərdarlıq: “Ciddi yoxlama olacaq”

Məleykə Abbaszadədən xəbərdarlıq:     “Ciddi yoxlama olacaq”

“Kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq”

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn brifinq keçirib. AYNA xəbər verir ki, M.Abbaszadə qəbul imtahanında iştirak edəcək abituriyentlərə xəbərdarlıq edib.

 

DİM rəhbəri qeyd edib ki, kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək: “Qapıda ciddi yoxlama prosesi olacaq. Onu da bildirim ki, abituriyentlər və valideynlər qeyd olunan saatda binaların önünə gəlməlidirlər. Kimsə gec gəlməsin ki, binanın həyətində sosial məsafə prinsipi pozulsun”.

 

DİM sədri onu da bildirib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: “Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.

Müəllif: Ayna.az      1 İyun 2020 11:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin