Paşinyan və ailə üzvləri koronavirusa yoluxub

Paşinyan və ailə üzvləri koronavirusa yoluxub

“Bacardığım qədər işləyəcəyəm”

 

Ermənistan baş naziri Nikol Paşinyanın koronavirus testinin nəticəsi pozitiv çıxıb. AYNA xarici mediaya istinadən bildirir ki, bununla bağlı Paşinyan şəxsi “Facebook” hesabında məlumat yayıb.

 

Paşinyan bildirib ki, iqamətgahından işinə davam edəcək: “Burada hər cür şəraitim var. Bacardığım qədər işləyəcəyəm”. Bildirilir ki, Paşinyanla yanaşı, ailə üzvləri də koronavirusa yoluxub.

Müəllif: Ayna.az      1 İyun 2020 10:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin