Rusiyada məscidlər ibadətə açılır: Şərtlərə mütləq əməl edilməlidir

Rusiyada məscidlər ibadətə açılır: Şərtlərə mütləq əməl edilməlidir

Hər kəsə dezinfeksiyaedici məhlul verilməlidir, hər kəs əlcək və maska ​​geyinməlidir

 

Rusiya Müsəlmanları Ruhani İdarəsi koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılması zamanı icmaların riayət etməli olduqları qaydaları müəyyən edib. AYNA Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə İdarədən icmalara məktub göndərilib.

 

Məktubda qeyd olunub ki, iyunun 5-dən etibarən məscidlər açılır, amma cümə namazında ibadət edənlərin sayı məhdud olacaq. İbadət edənlər sosial məsafəni nəzərə alaraq ritualları yerinə yetirəcəklər. Bununla belə məscidlərə daxil olan hər kəsə dezinfeksiyaedici məhlul verilməlidir, hər kəs əlcək və maska ​​geyinməlidir. Bundan əlavə, otaqların dezinfeksiya edilməsinə dair tövsiyələrə riayət etmək mütləqdir.

 

65 yaşdan yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən insanlara məscidə getməmək tövsiyə olunub. Kollektiv namazdan əvvəl soyuqdəymə ilə xəstələnənlərin məscidə gəlməsi qadağandır.

Müəllif: Ayna.az      1 İyun 2020 08:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin